Polşaya hücum Rusiya və ABŞ arasında razılaşdırılıb – ŞOK FAKT


"Hesab edirəm ki, Rusiyanın Polşa ilə bağlı atdığı addım ABŞ ilə razılaşdırılmadan həyata keçirilə bilməz. Bunun arxasında mütləq şəkildə Birləşmiş Ştatlarla razılaşma var. Məqsəd təbii ki, Ukrayna müharibəsi kontekstində Rusiyanın Avropa İttifaqına təhlükə olaraq görünməsidir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib. O bildirib ki, Tramp adminstrasiyası Ukrayna məsələsində Kiyevə aktiv dəstək vermir:

“Məlum olduğu kimi, Ukrayna məsələsi ilə bağlı Rusiyaya ən ciddi dəstək verən ölkə ABŞ-nin yeni hökuməti oldu. Tramp hakimiyyətə hakimiyyətə gəldikdən sonra, çətin vəziyyətdə olan Rusiyaya dəstək verdi. Beləliklə, Ukrayna müharibəsində Rusiyanın mövqeləri gücləndi. İndiki məqamda da Ukrayna məsələsinin həll olunması istiqamətində əsas amil ABŞ-dir. Amerika əgər Ukraynaya ciddi hərbi, iqtisadi dəstək verərsə, Rusiyaya qarşı sanksiyalara qoşularsa və Moskvaya qarşı təzyiqləri gücləndirərsə, müharibə ilə bağlı müəyyən nəticələr əldə etmək mümkündür. ABŞ isə buna getmir. Beləliklə, Bayden adminstrasiyası ilə yanaşı, Böyük Britaniya və Avropa İttifaqının birlikdə başlatdığı Ukraynaya dəstək prosesini çətin vəziyyətdə qoyur. Təbii ki, bunun arxasında müəyyən məqsədlər var”.

Politoloq qeyd edib ki, Avropa İttifaqının qorunmasında ABŞ-nin alternativi yoxdur:

“ABŞ-nin yeni hökuməti Avropa İttifaqını bir bazar olaraq əlində saxlamağa çalışır. Vaşinqton Avropa İttifaqının müstəqil siyasət yürütməsi və bu istiqamətdə fəaliyyət göstərməsini narahatlıqla qarşılayır. Aİ-nin müxtəlif vaxtlarda, bu istiqamətdə həm Avropa ordusunun qurulması, həm də eyni zamanda iqtisadi güc olaraq ABŞ-dən fərqli və müstəqil siyasət yürütmək istəkləri olub, amma bütün bunların qarşısı alınıb. Trampın birinci hakimiyyəti dövründə də ABŞ və Fransa arasında bu səbəbdən ciddi problem yaranmışdı. Trampın açıqlamalarına nəzər salsaq, Avropa İttifaqının təhlükəsizliyinin təmin edilməsinin qarşılığında İttifaqın ABŞ nəzarətində qalmasını və Amerikanın iqtisadi inkişafında ciddi rol oynamasını tələb olaraq irəli sürüb. Avropa İttifaqı və Britaniya buna qarşı müqavimət göstərməyə çalışır. Avropa İttifaqının qorunmasında ABŞ-nin alternativi yoxdur. Təbii ki, İttifaqın ABŞ-nin təzyiqlərinə dirənməməsi üçün özünü təhlükədə hiss etməsi lazımdır. Bunun üçün də ən uyğun variant Rusiyanın Aİ-yə təhlükə kimi görünməsidir. Mən hesab edirəm ki, Ukraynada Rusiya maraqlarının təmin edilməsi müqabilində, Vaşinqton Moskva ilə gizli hansısa razılaşmaya gedə bilər. Bu baxımdan hesab edirəm ki, Rusiyanın Polşa ilə bağlı atdığı addım ABŞ ilə razılaşdırılmadan həyata keçirilə bilməz. Bunun arxasında mütləq şəkildə Birləşmiş Ştatlarla razılaşma var. Məqsəd təbii ki, Ukrayna müharibəsi kontekstində Rusiyanın Avropa İttifaqına təhlükə olaraq görünməsidir”.

Qeyd edək ki, ötən gecə Rusiyaya məxsus pilotsuz təyyarələr kütləvi şəkildə Polşanın hava məkanına daxil olub. Polşanın baş naziri Donald Tusk bildirib ki, Polşa hərbçiləri hədəflərə qarşı silahdan istifadə edilib.


MANŞET XƏBƏRLƏRİ