Makron İsrailə buraxılmadı: Səfər rədd edildi


İsrailin xarici işlər naziri Gideon Saar Təl-Əvivin Fransa prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq niyyətinə görə onun səfərini qəbul etməyəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, nazir Saar Fransanın xarici işlər naziri Jan-Noel Barrot ilə telefonla danışıb.

Görüş zamanı Saar bəyan edib ki, Paris Fələstin dövlətini tanımaq cəhdini davam etdirdiyi müddətdə prezident Makron İsrailə səfər edə bilməyəcək.

Saar Fələstin prezidenti Mahmud Abbası "dialoq üçün etibarsız tərəfdaş" olmaqda ittiham edərək, Fələstin rəhbərliyinin 20 ilə yaxındır seçki keçirmədiyini və xalqın məhdud dəstəyinə malik olduğunu deyib.

Nazirliyin açıqlamasında bildirilir ki, görüşdə Qəzza zolağındakı vəziyyət, İrana qarşı sanksiyaların yenidən tətbiqi, Livandakı vəziyyət və Ukraynadakı müharibə müzakirə olunub.

Bəyanatda Fransanın Fələstin Dövlətini tanımaq cəhdinin Yaxın Şərqdə sabitliyi pozduğu, İsrailin milli və təhlükəsizlik maraqlarına zərər verdiyi iddia edilib.

Bəyanatda İsrailin Fransa ilə yaxşı münasibətlər istədiyi, lakin Parisdən İsrailin təhlükəsizliyi və gələcəyi ilə bağlı fundamental məsələlərdə tutduğu mövqeyə hörmətlə yanaşmasını gözlədiyi və Parisin son vaxtlar İsrailə qarşı bir sıra düşmən addımlar və rəftarlar atdığı bildirilib.

İsrail dövlət televiziyası KAN dünən bildirib ki, Makron Təl-Əvivə səfər etmək istəyir, lakin Makron Fələstin Dövlətini tanımağa davam etdiyi üçün İsrail onun tələbini rədd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ