İsraillə Suriya arasında sülh sazişi imzalanacaq.
Turkustan.az xəbər verir ki, “Independent Arabia”ya danışan yüksək səviyyəli mənbələr iki ölkənin sentyabrın 25-də ABŞ-ın nəzarəti ilə təhlükəsizlik sazişi imzalayacağını açıqlayıb.
Bildirilib ki, razılaşma Əhməd əl-Şaraanın sentyabrın 24-də BMT Baş Assambleyasında çıxışından sonra baş tutacaq.
Razılaşmada yalnız region üçün təhlükəsizlik tənzimləmələrinə diqqət yetirələcəyi gözlənilir, lakin hərtərəfli sülh sazişi olmayacaq. /publika.az/