Tramp: Tehrandan mənə zəng edib yalvardılar - VİDEO


"İran liderləri dünən mənə zəng edərək danışıqlar aparmaq üçün yalvardılar!"

Turustan.az xəbər verir ki, bunu Donald Tramp jurnalistlərə bildirib.

“Onlar danışıqlar aparmaq istəyirlər... görüş təyin olunur, amma baş verənlərə görə görüşdən əvvəl hərəkətə keçə bilərik”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, İranda baş verən hadisələrlə bağlı hər gün hesabatlar alır. İslam Respublikasına müdaxilə barədə də bir neçə hərbi variant hazırda həyata keçirilir. /Yeni Sabah/


MANŞET XƏBƏRLƏRİ