Moskva Rusiya tərəfinin üç işçi qrupunun yaradılması təklifinə Kiyevdən hələ də cavab almayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
İyulun 23-də İstanbulda keçirilən növbəti görüşdən sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Ukrayna Rusiya tərəfinin işçi qruplar yaratmaq təklifinə baxmağa razılaşıb. Rusiya prezidentinin köməkçisi qeyd edib ki, Moskva Kiyevə onlayn rejimdə işləyəcək siyasi, humanitar və hərbi məsələlər üzrə üç işçi qrupu yaratmağı təklif edib. Onun sözlərinə görə, tərəflər həm nümayəndə heyətləri səviyyəsində, həm də işçi qruplar səviyyəsində əməliyyatları davam etdirmək barədə razılığa gəliblər./publika.az