ABŞ prezidenti Donald Tramp Çin mallarına artan gömrük rüsumlarının tətbiqini daha 90 gün təxirə salan fərman imzalayıb.
Turkustan.az xəbər verir ki, fərman ABŞ və Çinin may ayında qarşılıqlı olaraq artırdıqları tarifləri azaltmaq üçün təyin etdiyi 90 günlük müddətin bitməsinə bir neçə saat qalmış gəldi.
Ağ Ev Trampın Çinə tarifləri dayandırmağa davam edəcək bir sərəncam imzaladığını açıqladı.
Bəyanatda bunun ABŞ və Çin arasında ticarət balanssızlığının aradan qaldırılması, ədalətsiz ticarət təcrübələrinə son qoyulması, Amerika ixracatının bazara çıxışının genişləndirilməsi və milli təhlükəsizlik və iqtisadi məsələlərdə Birləşmiş Ştatlarla uzlaşmaq üzrə davam edən və məhsuldar müzakirələri asanlaşdırmaq üçün zəruri olduğu vurğulanıb.
Fərmana əsasən, Çindən idxal olunan mallara artan gömrük rüsumlarının dayandırılması noyabrın 10-dək uzadılıb.
ABŞ prezidenti Tramp da Truth Social hesabından açıqlama verərək, "Çinə tariflərin dayandırılmasının daha 90 gün uzadılmasına dair sərəncam imzaladım. Razılaşmanın bütün digər elementləri dəyişməz olaraq qalır" dedi.
Aytən Yaşar/ Turkustan.az