Trampın oteli qarşısında Qəzzaya dəstək etirazı: Etnik təmizləməyə son qoy!


Nümayişçilər İsrailin Qəzzada aclıq siyasətinə etiraz etmək üçün ABŞ prezidenti Donald Trampa məxsus "Trump International" otelinin qarşısına toplaşıblar.

Turkustan.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, sülh tərəfdarı yəhudi qeyri-hökumət təşkilatı "IfNotNow"un təşkil etdiyi nümayiş çərçivəsində yüzlərlə insan İsrailin Qəzzaya hücumlarına və bölgədə artan humanitar böhrana etiraz edib.

Etirazçılar Trampa məxsus bir şirkətə məxsus olan “Trump International” adlı otelin qarşısına toplaşaraq, əllərində “Etnik təmizləməyə son” və “Qəzza xalqı acından ölməsin” yazılı plakatlar qaldıraraq, “Tramp, yəhudilər kifayətdir deyir” şüarları səsləndiriblər.

Nümayişçilər Qəzzaya hücumlara son qoyulmasını və Tramp administrasiyasının bölgəyə daha çox humanitar yardım göndərilməsi üçün İsrailə təzyiq etməsini tələb ediblər.

"İfNotNow" qrupunun müvəqqəti icraçı direktoru Morriah Kaplan nümayişdə "İsrailin Qəzzanı blokadası məcburi kütləvi aclıq yolu ilə etnik təmizləmə siyasətidir" dedi. "ABŞ hökuməti bu vəhşiliyə son qoymaq üçün əhəmiyyətli təsir imkanlarından istifadə etməlidir."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ