Netanyahu: Qəzzada atəşkəs üzərində işləyirik


İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada atəşkəsə nail olmaq üçün çalışdıqlarını bildirib.

Turkustan.az xəbər verir ki, yeni prezidentliyi dövründə üçüncü dəfə ABŞ prezidenti Donald Trampa səfər edən Netanyahu Vaşinqtondakı təmaslarının ikinci günündə Nümayəndələr Palatasının sədri Mayk Consonla görüşüb.
Görüşdən sonra mətbuata açıqlama verən Netanyahu sülh üçün bəzi planlarının olduğunu və bunları ABŞ ilə birlikdə həyata keçirməyi hədəflədiklərini bildirib.

Dünənki görüşdə Trampla Qəzzada "işi bitirmək" zərurətini müzakirə etdiklərini bildirən Netanyahu: "Qəzzanın bizim və hər kəsin xeyrinə fərqli bir gələcəyi olmalıdır" dedi.

Netanyahu atəşkəsin elan edilib-edilməyəcəyi ilə bağlı suala belə cavab verib: "Biz bunun üzərində işləyirik. Əvvəlcədən heç nə deyə bilmərəm".

Atəşkəslə bağlı bir çox tərəflərlə danışıqlar aparıldığını qeyd edən Netanyahu: “Bizim bir məqsədimiz var və ona çatmağı hədəfləyirik. Biz vasitəçilərdən gələn təklifi qəbul etdik. Bu, yaxşı təklif idi. Bu, (Trampın Yaxın Şərq üzrə xüsusi elçisi) Stiv Vitkoffun orijinal ideyasına uyğun gəlir və düşünürük ki, buna yaxınlaşırıq. Məqsədimiz növbəti mərhələyə keçməkdir"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ