ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel dərhal istefa verməlidir.
Turkustan.az xəbər verir ki, Tramp “Truth” sosial media hesabında ABŞ Federal Mənzil Maliyyə Agentliyinin direktoru Uilyam Pultenin Konqresi “Paueli araşdırmağa” çağırdığı xəbərini paylaşıb.
Pauellin 2,5 milyard dollarlıq Fed binasının təmiri ilə bağlı yalan danışdığını iddia edən Pulte bunun səlahiyyətdən sui-istifadənin bariz nümunəsi olduğunu söylədi.
Bildirək ki, ABŞ prezidenti Tramp “faiz dərəcələrini endirməkdə gecikdiyi” üçün dəfələrlə Paueli hədəfə alıb.
Aytən Yaşar/ Turkustan.az