Politico siyasi xəbər saytına danışan Hindistanın Xarici İşlər Naziri Cayşankar ölkəsi ilə Pakistan arasında ötən ay baş verən qarşıdurmalarla bağlı şərhlər verib.
Turkustan.az xəbər verir ki, toqquşmalara səbəb olan şərtlərin dəyişmədiyini bildirən Cayşankar Pakistanı “minlərlə terrorçu yetişdirməkdə” və onları Hindistana “boşaltmaqda” günahlandırıb.
O, Hindistanın "terror hücumları ilə təhrik ediləcəyi təqdirdə" Pakistandakı "terror təşkilatları və liderlərinə" hücum etməyə hazır olduğunu söylədi.
Hücum edəcəkləri hədəflərin harada olduğuna diqqət etməyəcəklərini ifadə edən Cayşankar: “Əgər Pakistanın içində olsalar, Pakistanın içərisinə girəcəyik” dedi.
Cayşankar həmçinin keçən ay iki ölkə arasında baş verən qarşıdurmalar zamanı bəzi Hindistan təyyarələrinin məhv edildiyini inkar etməyib.
Aytən Yaşar/ Turkustan.az