Fransa Zəngəzurda konsulluq açır: tarix bəlli oldu


Fransanın aylar əvvəl dilə gətirdiyi istəyi – Ermənistanın Zəngəzur bölgəsində konsulluq açmaq niyyəti yaxın günlərdə baş tutacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

“İyunun 2-də Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək və həmin gün Sünikdə (Zəngəzur-red.) Fransa konsulluğunun açılış mərasimi keçiriləcək”, - deyə “Hraparak” yazıb.

Məlumata görə, QHT sədri Karmen Apuntsun konsul təyin olunacağı gözlənilir.

Ekspertlər “Fransanın Sünikdəki konsulluğunun kollektiv Qərbə xidmət edəcək ciddi hərbi, kəşfiyyat məqsədi daşıyacağı” fikrini ifadə ediblər. /modern.az/


MANŞET XƏBƏRLƏRİ