Zaxarova ələ saldı: Makronu vuran "Kremlin əli" dir


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronun Hanoy şəhərinə gəlişini əks etdirən kadrlara ironiya ilə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, söhbət Fransa liderinin təyyarədən çıxarkən həyat yoldaşı Bricit tərəfindən vurulduğu videodan gedir. "Maraqlısı bu deyil, Yelisey Sarayının bu dəfə hansı əfsanə ilə çıxış edəcəyidir" deyə, diplomat Telegram kanalında yazıb və bunun "Kreml əli" ola biləcəyini irəli sürüb.

Zaxarova xatırladıb ki, videolar son dəfə Kiyevdən gələn qatar vaqonunda internetdə görünəndə Makronun PR adamları jurnalistləri saxta məlumat yaymaqda ittiham ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ