Ukrayna parçalanır, müharibə bitir: Putinin dediyi “bufer zona” bu əraziləri əhatə edəcək


Rusiya və Ukrayna sərhədində təhlükəsizlik bufer zonasının yaradılacağı haqda məlumat vermişdik.

Bu barədə Rusiya lideri Vladimir Putin hökumət üzvləri ilə görüşündə bildirib.

Prezident vurğulayıb ki, Rusiya silahlı qüvvələri artıq bu sərəncamı icra edir. O, təhlükəsizlik zonasını zəruri adlandırıb.

Turkustan.az xəbər verir ki, bufer zonasını hansı əraziləri əhatəı edəcəyi ilə bağlı detallar bəlli olub.

Bildirilir ki, Belqorod, Bryansk və Kursk vilayətlərini qorumaq üçün Ukrayna ilə sərhəddə təhlükəsizlik bufer zonası yaradılır. Bu bölgələr Ukraynanın Xarkov, Sumı və Çerniqov vilayətləri ilə həmsərhəddir.

Hərbi ekspert və ehtiyatda olan polkovnik Anatoli Matviyçuk bildirmişdi ki, Rusiya hərbçilərinə Sumı və Çerniqov vilayətlərində bufer zonası yaratmaq tapşırılıb. O bildirib ki, böyük ehtimalla, Sumı bütövlükdə silahsızlaşdırılmış zonaya daxil ediləcək./publika.az


MANŞET XƏBƏRLƏRİ