ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh danışıqlarının Vatikanda keçirilməsinin “böyük ideya” olacağını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp Ağ Evdə vəzifəsini yerinə yetirərkən həyatını itirən hüquq-mühafizə orqanları əməkdaşlarının ailələri ilə görüşdüyü tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
Tramp Ağ Evdə vəzifəsini yerinə yetirərkən həyatını itirən hüquq-mühafizə orqanları əməkdaşlarının ailələri ilə görüşdüyü tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
Vatikanın Rusiya və Ukrayna arasında sülh danışıqlarında vasitəçilik etməyə hazır olmasının ABŞ-ın çəkilişdən getməsi mənasına gəlib-gəlmədiyi ilə bağlı suala Tramp belə cavab verib: "Xeyr, yox, düşünürəm ki, danışıqların Vatikanda keçirilməsi əla olardı. Bəlkə də bunun bir az daha əhəmiyyəti olardı".
Tramp dünənki telefon danışığında Vatikanın vasitəçiliyinin gündəmə gəldiyini və bunun danışıqlara kömək edəcəyini düşündüyünü bildirib. "Böyük ağrı, böyük qəzəb var və düşünürəm ki, bu, qəzəbi bir qədər azalda bilər. Buna görə də Vatikanda bunu etmək, məncə, əla ideya olardı."
Aytən Yaşar/ Turkustan.az