Pezeşkian: İndi Trampn hansı mesajını qəbul edək?


“Trampın dediklərinə özündən başqa heç kim inanmır. Bir tərəfdən, bölgədə sülhdən, digər tərəfdən isə dəhşətli və dağıdıcı cəza sistemin qurulmasından danışılır. Hansı birini qəbul etməliyik? Sülh mesajı, yoxsa qətl mesajını?"

Turkustan.az ISNA_ya istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.

O, İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşdə çıxış edib: "60 minə yaxın insanı qətlə yetirən, Qəzza əhalisinin suyunu və qisdasını kəsən, humanitar və insanpərvər olduğunu iddia edən İsrail bunu soyqırım yolu ilə həyata keçirir. Sanki onların istədiyi kimi mühakimə etməliyik, ya da danışmalıyıq. Sionist rejimin cinayətlərini təsdiq etsəydik, azad olarıq, lakin özünü azad hiss edən hər bir şəxs bu düşüncəyə və bu insanlara baş əyməyi qəbul etməz".

Pezeşkian vurğulayıb: “Biz danışıqlar aparırıq, lakin heç bir təhdiddən qorxmuruq. Düşünürlər ki, biz hədə-qorxu ilə haqqımızdan əl çəkəcəyik. Heç bir şəkildə elmi, hərbi və nüvə nailiyyətlərindən imtina etməyəcəyik. Onlar nın nüvə alimlərinə sui-qəsd edirlər, sonra da İranın terrorçu ölkə olduğunu təbliğ edirlər. Niyə? Çünki İran heç kimdən asılı olmaq istəmir və öz ayaqları üzərində dayanır". /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ