Ərdoğan: Putin- Zelenski görüşünün alınmamasının bizimlə əlaqəsi yoxdur


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqların planlaşdırıldığı vaxt Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenskinin Türkiyədə görüşməməsi ilə ölkəsinin heç bir əlaqəsi olmadığını deyib.

Turkustan.az xəbər verir ki, o, bunu Albaniyadan qayıdarkən jurnalistlərə öz hovuzundan deyib.

“Bu baxımdan Putin və Zelenski arasında təmasların olmaması bizə aidiyyatı yoxdur”-deyə, Ərdoğan danışıqların niyə baş tutmaması ilə bağlı suala cavabında deyib.

"Bu məsələdə fəal mövqe tutan liderlərə baxsanız, cənab Putin mühüm, aparıcı oyunçudur. Cənab Tramp da dominant oyunçudur. Cənab Zelenski də eyni vəziyyətdədir. Biz onların hamısına zəng vurmuşuq"-deyə, Ərdoğan əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ