Mahmud Abbasdan HƏMAS-a: Silahlarınızı bizə verin!


Fələstin prezidenti Abbas İraqın paytaxtı Bağdadda keçirilən 34-cü Ərəb Liqası Zirvə Toplantısındakı çıxışında Fələstindəki son vəziyyətlə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Abbas İsrailin hücumlarına və Qəzzada fələstinliləri didərgin salmaq planlarına cavab olaraq deyib: "Biz HƏMAS-ı Qəzzaya nəzarətdən əl çəkməyə və bütün qrupları silahlarını Fələstin administrasiyasına təhvil verməyə çağırırıq".

İsrailin hücumları nəticəsində böyük dağıntılara məruz qalan Qəzza ilə bağlı Abbas: "Qəzza zolağının yenidən qurulması planının maliyyələşdirilməsi və həyata keçirilməsi üçün Qahirədə keçiriləcək beynəlxalq konfransa dəvətliyik"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ