ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində diplomatik təmasları zamanı tarixi iqtisadi sazişlər imzalayıb.
Turkustan.az xəbər verir ki, səfərdən sonra verdiyi açıqlamada 4 günlük səfərinin ABŞ iqtisadiyyatına böyük töhfə verdiyini vurğulayan Tramp: "Mən həmişə pulla yaxşı davranmışam. Yaxın Şərqə səfərimi düşünün; Ukraynada 4 gündə xərclədiyimizin 12 qatını qazandım"-deyib.
Trampın ilk dayanacağı Səudiyyə Ərəbistanı olub. 600 milyard dollarlıq sərmayə vədi alınarkən, iki ölkə arasında təxminən 142 milyard dollarlıq silah satışını ehtiva edən “tarixin ən böyük müdafiə müqavilələrindən biri” imzalandı. Bu razılaşma ilə Vaşinqton-Riyad xəttində müdafiə sahəsində yeni bir dövr başladı.
Tramp Qətərdəki təmasları zamanı 1,2 trilyon dollarlıq iqtisadi əməkdaşlıq planını gündəmə gətirib. Qatar Airways və Boeing arasında 160 təyyarə üçün 200 milyard dollarlıq nəhəng müqavilə imzalanıb. Bundan əlavə, Əl-Udeyd bazasında edilən açıqlamada Qətərin ABŞ-dan 42 milyard dollar dəyərində THAAD raketdən müdafiə sistemi, havada yanacaq dolduran təyyarələr və qabaqcıl pilotsuz uçuş aparatları alacağı açıqlanıb.
Aytən Yaşar/ Turkustan.az