Ukrayna 2022, 2023 və 2024-cü illərdə Rusiya Federasiyası ilə gizli danışıqlar aparıb.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Oleksey Qonçarenko "Telegram" kanalında bildirib.
"Nümayəndə heyətləri “çox yüksək səviyyədə” olub və görüşlər Ərəbistan yarımadasında baş tutub", - deyə deputat detalları bölüşüb.
Qonçarenkonun fikrincə, Rusiya tərəfi ilə danışıqların mümkünsüzlüyü ilə bağlı bəyanatlara inanmaq olmaz, çünki onlar artıq bir dəfədən çox olub. Radanın deputatı söz verib ki, nə üçün uğursuz olduqlarını bir gün izah edəcək, lakin hazırda “məlum səbəblərə görə” bunu etməyəcək.
Qeyd edək ki, bir gün əvvəl Vladimir Zelenski sosial şəbəkədə Putini Türkiyədə “gözləyəcəyini” yazmışdı. O, müvafiq bəyanatı ABŞ prezidenti Donald Trampın keçmiş Sovet respublikasının hakimiyyətini Vladimir Putinin danışıqlar təklifi ilə dərhal razılaşmağa çağırmasından sonra verib./publika.az