Ermənistanın yeni Konstitusiyasının mətni 10 aya hazır olacaq.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərə bildirib.
Nazirin qeyd etdiyi kimi, sənəd hazırda işlənmə mərhələsindədir və müxtəlif mətn variantları müzakirə olunur. Lakin hələlik yekun qərar verilməyib.
Martın sonunda Paşinyan bəyan edib ki, Ermənistan hakimiyyəti 2027-ci ildə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırır./publika.az