29 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyini tərəfindən həyata keçirilən “Sosial-iqtisadi dirçəlişdə qadın izi” layihəsi çərçivəsində Şamaxı şəhər Yaradıcılıq Mərkəzində qadınların iqtisadi fəallığının artırılması və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əsas məqsədi qadınların iqtisadi imkanlarının genişləndirilməsi, onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının təşviq edilməsi, eləcə də biznes qurmaq üçün zəruri bilik və bacarıqların formalaşdırılmasına dəstək göstərilməsindən ibarət olub..
Tədbir çərçivəsində Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyinin sədri və həm də layihənin rəhbəri Reyhanə Hacıyeva tərəfindən iştirakçılara biznesin qurulması və inkişafı ilə bağlı praktiki biliklər təqdim olunub. Biznes ideyasının formalaşdırılması, biznes planının hazırlanması, bazarın araşdırılması, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi, maliyyə resurslarından səmərəli istifadə və biznesin dayanıqlı inkişafı kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Reyhanə Hacıyeva çıxışı zamanı qadınların yalnız biznesə maliyyə dəstəyi deyil, eyni zamanda bilik, bacarıq, mentorluq və bazara çıxış imkanları ilə təmin edilməsinin vacibliyini vurğulanıb. Qadınların iqtisadi fəallığının artmasının həm ailələrin rifahına, həm də yerli iqtisadi inkişaf və məşğulluğun genişlənməsinə mühüm töhfə verdiyi qeyd olunub.
Tədbirdə, həmçinin Uşaqların Gələcəyi Naminə İctimai Birliyin sədri Könül Quliyeva və Soyqırım Həqiqələrinin Tanıdılması İctimai Birliyinin sədri Ayşən Hüseynova qadınların iqtisadi fəallığı ilə bağlı öz fikirlərini auditoriya ilə bölüşüblər.
Tədbirdə, həmçinin Uşaqların Gələcəyi Naminə İctimai Birliyinin sədri Könül Quliyeva və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ayşən Hüseynova qadınların iqtisadi fəallığı ilə bağlı fikirlərini auditoriya ilə bölüşüblər.
Tədbirdə iştirak edən qadınlar onları maraqlandıran sualları ünvanlayıb, sahibkarlıq fəaliyyəti ilə bağlı təcrübə və fikirlərini bölüşüblər.
Tədbirin sonunda iştirakçılara fəal iştiraklarına görə təşəkkür edilib və qadın sahibkarlığının inkişafı istiqamətində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.