Pezeşkianın oğlu: İnternet kəsintisi uçurumu daha da dərinləşdirir!


İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkədə etirazlardan sonra tətbiq edilən internet məhdudiyyətlərinin aradan qaldırılmasına çağırıb.

Turkustan.az xəbər verir ki, o bildirib ki, İran rejimi tərəfindən yatırılan etirazlarla bağlı görüntülərin yayımının gecikdirilməsi heç bir problemi həll etmir.

Yusif Pezeşkyan vurğulayıb ki, atası Məsud Pezeşkyanın 2024-cü ilin yayında prezident seçilməsindən sonra İranı internetdən təcrid etməyin siyasi riskləri rejimin yuxarı eşelonlarında ciddi müzakirə və hakimiyyət mübarizəsinə səbəb olub. Onun sözlərinə görə, “rəqəmsal qaranlığın” davam etdirilməsi cəmiyyətdə narazılığı artırır və ictimaiyyətlə hökumət arasındakı uçurumu daha da dərinləşdirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ