Azərbaycan dövləti azad edilmiş torpaqlarını minalardan təmizləyir


İsmayıl Ağayev

Beynəlxalq Diaspor Mərkəzinin sədri

Azərbaycan dövləti azad edilmiş torpaqlarını minalardan təmizləyir, yeni bir həyat qurur. Təmizlənən hər qarış torpaq – bir ailənin evinə qayıtması, bir uşağın rahat oynaya bilməsi, bir kəndin yenidən canlanması deməkdir. Minasız torpaq – həyatın yenidən cücərdiyi, sülhün tam bərqərar olduğu torpaqdır. Biz bu çətin yolda tək olmamalıyıq – beynəlxalq təşkilatların, humanitar qurumların, dost ölkələrin dəstəyinə ehtiyacımız var. Çünki sülh tək bir ölkənin deyil, bütün dünyanın qələbəsidir!

Biz beynəlxalq təşkilatların, aparıcı ölkələrin minaların təmizlənməsi ilə əlaqədar Azərbaycana kifayət qədər.dəstək vermədiyini təəssüflə qeyd etməliyik. Azərbaycan minalarla yalnız ölkə hüdudları daxilində deyil, qlobal müstəvidə də mübarizə aparır. Biz beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti institutlarını Azəbaycanın 18-ci Davamlı İnkişaf Məqsədi kimi minalanmaya qarşı mübarizənin nəzərdə tutulmasını dəstəkləməyə çağırırıq. QHT-lər bu istiqamətdə fəal olmalı, Azərbaycanın bu təşəbbüsünü təşviq etməli və hər imkanda təbliğ etməlidir. Qeyri-hökumət təşkilatları olaraq bizim əsas vəzifəmiz mina təhlükəsi ilə bağlı maarifləndirmə aparmaq, mina qurbanlarına dəstək olmaq və minatəmizləmə prosesinə töhfə verməkdir.


MANŞET XƏBƏRLƏRİ