Qərb diplomat ailələrini Ukraynadan niyə çıxardır?


Başda ABŞ olmaqla, Qərb ölkələrinin diplomatlarının ailələri Kiyevi tərk etməyə başlayıblar. Təlimat vətəndaşları olduqları ölkələrinin rəsmi qurumlarından gəlib.

Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

"Bu yalnız Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalının yüksək olmasıyla əlaqəli deyil. Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Kiyevdə Rusiyaya bağlı "yatmış hücrələr" var ki, Moskvadan əmr alan kimi istənilən təxribatı həyata keçirə bilərlər. Bu sırada terror aktları da istisna deyil. Ukrayna Donbas uğrunda müharibə apardığı illərdə Kiyev və Xarkovda terror partlayışları olmuş, bu zaman Ukraynanın dövlət qurumlarının əməkdaşları hədəf alınmışdı.

Görünür, Qərb ölkələrinin kəşfiyyat xidmətləri Ukrayna şəhərlərindəki "yatmış hücrələrin" yenidən fəaliyyətə keçəcəklərindən ehtiyatlanırlar", - politoloq bildirib. (axar.az)


MANŞET XƏBƏRLƏRİ