“WhatsApp”a yeni funksiya gəlir


“WhatsApp”a yeni funksiya əlavə olunacaq və bu funksiya videoları irəli və ya geri çəkməyə imkan verəcək.

Turkustan.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Məlumata görə, yeni funksiya artıq sınaqdan keçirilir və “YouTube” platformaları kimi işləyəcək. Belə ki, videonu irəli və ya geri çəkmək üçün ekranın sağ və ya sol tərəfinə iki dəfə klikləmək kifayət edəcək. Bu, hər dəfə sizə videonu 10 saniyə irəli və ya geri çəkməyə imkan verəcək. Siz həmçinin oxutma göstəricisini hərəkət etdirməklə də videoları əl ilə irəli və ya geri çəkə biləcəksiniz. “Google Play”də bu barədə heç bir məlumat olmasa da, bu funksiya “WhatsApp”ın Android versiyasında da mövcud olacaq. Yeni funksiya həmçinin kamera düyməsini uzun müddət basmaqla video mesajları işə salmaq və göndərmək imkanı əlavə edəcək.

Videomesajlaşma funksiyası keçən il “Android” və “iOS” sistemlərində “WhatsApp”a daxil olub və hazırda mikrofon düyməsi vasitəsilə həyata keçirilir.

Yeni funksiya yaxın həftələrdə bütün istifadəçilərə təqdim olunacaq. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ