Yunan əsatirlərindəki qadınlar Azərbaycanda yaşayıb - avropalı alimlər Xınalıqda nə tapdı?


Yunan miflərindəki qadın döyüşçülər tayfası olan Amazonlar, ehtimallara görə reallıqda mövcud olublar. Onların güman olunan prototipləri təxminən 4000 il əvvəl Qafqazda və Orta Asiyada yaşayan köçəri qadınlar olub. Bu barədə “The Guardian“a britaniyalı tarixçi və yazıçı Bethany Hyuz məlumat verib.

Alimin sözlərinə görə, 2019-cu ildə Rusiyada ox ucları və nizə ucları ilə birlikdə basdırılmış 4 qadın döyüşçünün qalıqları aşkar edilib. 2017-ci ildə isə erməni arxeoloqları döyüş zamanı aldığı yaraların izləri və ox ucu içində ilişmiş qadın qalıqlarını tapıblar.

Hyuz qeyd edib ki, bu qadınların hamısının barmaq sümüklərində xarakterik əyriliklər var, bu da onların həyatları boyu yay və oxlardan istifadə etdiklərini göstərir. Bundan əlavə, skeletlərin çoxunda yəhərdə uzun müddət istifadə edildiyini göstərən dəyişikliklər də olub.

Ekspedisiyaların birində bir qrup arxeoloq Azərbaycanın 2200 metr hündürlükdə yerləşən və Avropanın ən hündür yaşayış məntəqəsi sayılan Xınalıq dağ kəndində olub. Bu kənd tunc dövründən mövcud olub.

Xınalıq sakinləri tədqiqatçılarla xalq rəvayətlərini bölüşüblər ki, yerli qadınlar düşmən onları tanımasın deyə üzlərini örtüb döyüşüblər. (lent.az)


MANŞET XƏBƏRLƏRİ