Röyanın konsertindən əvvəl dəhşət yaşandı: 12 ölü, 35 yaralı var - VİDEO


Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında atışma olub.

Turkustan.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, zalda atışma səsi eşidilib, bundan sonra insanlar otağı tərk etməyə başlayıblar.

"RİA Novosti" bildirib ki, kamuflyaj geyinmiş üç naməlum şəxs atəş açıb.

"Baza" telegqram kanalının məlumatına görə 12 nəfər ölüb, 35-i isə yaralanıb.

Qeyd edək ki, "Crocus City Hall" azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.

/modern.az/


MANŞET XƏBƏRLƏRİ