"Trenyol"da karqo qiymətləri artıb? - AÇIQLAMA


“Trendyol” Türkiyədən gətirilən məhsulların karqo qiymətlərinin artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Turkustan.az xəbər verir ki, şirkətdən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, daşınma xərclərində heç bir artım yoxdur.

Qeyd: “Trendyol”la Türkiyədən gətirilən məhsulların karqo qiymətlərində ən aşağı desi qiyməti 79,99 TL (3 manat 96 qəpik) təşkil edir. Qiymətlər bağlamaların həcminə görə 5 kateqoriya üzrə formalaşır və ölçüsündən asılı olaraq 79,99 TL, 99,99 TL, 199,99 TL, 299,99 TL və 399,99 TL arasında dəyişir.


MANŞET XƏBƏRLƏRİ