Astarada qadınların bələdiyyələrdə iştiraklarını artırmaq məqsədilə maarifləndirici tədbir keçirilib - FOTOLAR


D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata kçeirdiyi “Regionlarda qadın və qızların bələdiyyələrdə iştiraklarını genişləndiriməklə gender bərabərliyinin təbliği” adlı layihəsinin icrasını davam etdirir.

5 ay müddətində Masallı və Astara rayonlarında həyata keçirilməsi nəzərdə tutulan layihənin məqsədi regionlarda qadın və qızların inkişafına, onları 2024-cu il (22 dekabr) bələdiyyə seçkilərinə daha çox cəlb etməklə bələdiyyələrdə iştiraklarının genişləndirilməsi ilə gender bərabərliyinə nail olmağa təşəbbüs etməkdir.

Layihə çərçivəsində Masallı və Astara rayonlarının hər birində iki dəfə iki günlük seminar treninqlər və hər rayonda 1 dəfə 2 gün olmaqla görüşlərin keçirilməsi təşkil olunacaq. Ümumilikdə 12 tədbir həyata keçiriləcək. Tədbirdə ümumilikdə bələdiyyə seçkilərinə namizəd olacaq 40 qadın (2 qrup*20 nəfər) iştirak edəcək.

Layihəni 2 istiqamətdə həyata keçirmək nəzərdə tutulur;

Region qadınlarının maarifləndirmə və məlumatlandırması- qadın və qızların inkişafına nail olmaq (Namizədlərin özlərinə inamılarının artması), Seçkili orqanlarda qadın və qızların təmsilçiliklərinin artırılması (saylarının artırılmasılə qərarqəbuletmədə rollarının artırılması)- gender bərabərliyinə nail olmaq.

Bələdiyyə seçkilərində namizəd olmaq istəyən qadınlar bələdiyyələr haqda, bələdiyyə seçkiləri ilə bağlı qanun haqda və seçki prosesinin aparılması ilə bağlı maarifləndiriləcəklər.

Layihə çərçivəsində avqustun 5-də Astara rayonunda keçirilən tədbirdə (2-ci mərhələnin 2-ci günü)

bələdiyyə seçkilərində iştirak etmək istəyən 24 nəfər xanım iştirak edirdi.

Donor və layihənin məqsəd haqda izahat verildikdən sonra, 1-ci mərhələnin qısa xülasəsi aparıldı. İştirakçılar tərəfindən çıxışlar oldu.

Aşağıdakı mövzular haqda məlumatlar verildi, müzakirələr aparıldı;

1. Bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi. Bələdiyyə üzvlüyünə namizədlərə aid tələblər.

2. Seçici imzalarının toplanması qaydaları

3. Namizədin qeydə alınması üçün lazım olan seçki sənədləri.

4. Azərbaycan Respublikasının Seçki Məcəlləsi.

Sonda kiçik qruplarda iş və təqdimat keçirildi.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ