“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailə üzvləri soyqırımına uğramış qadınlarla iş” adlı layihənin icrasına başlayıb. Bu barədə məlumatı ictimai birliyin sədir müavini Ayşən Fəxrəddinqızı verib.
Layihənin əsas məqsədi 44 günlük müharibədən əziyyət çəkən qadınlara psixoloji dəstəyin göstərilməsindən ibarətdir. Bu məqsədlə də hədəf regionlarında şəhid ailələri, qazi və müharibə iştirakçıları ailələrindən olan qadınlarla silsilə görüşlər təşkil olunacaq.
Layihə 3 ay müddətində Bakı şəhəri Suraxanı rayonu, Qobustan şəhəri və Tovuz rayonlarında həyata keçiriləcək.
Layihə çərçivəsində Respublikamızın müxtəlif rayonlarında yaşayan şəhid anaları ilə maarifləndirici görüşlər keçiriləcək. Eyni zamanda layihə zamanı soyqırım aktlarını özündə əks etdirən 240 ədəd kitapça hazırlanıb görüş iştirakçılarına təqdim ediləcək.
Məlumat üçün qeyd edək ki, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İB-i bu günə qədər bir sıra uğurlu layihələr həyata keçirib.