Süni torpaq sahələri Xəzərin şimal və cənub hissələrində yaradılacaq


Xəzər dənizinin şimal və cənub hissəsində süni torpaq sahələrinin yaradılması nəzərdə tutulur.

Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov deyib.

O qeyd edib ki, bu səbəbdən Bakının Baş Planında bu torpaq sahələri ilə barədə hər hansı məsələ nəzərdə tutulmayıb.

Rəşad İsmayılovun sözlərinə görə, məqsəd bu işə dövləti yox, investorları cəlb etməkdir: “İnfrastruktur məsələləri ilə bağlı danışmaq hələ tezdir. Təhlükəsizliklə bağlı məsələlər də heç bir halda istisna edilməyib”. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ