Rus sülhməramlılar Qarabağdan gedir - VİDEO


Rusiya sülhməramlı kontingentinin daha bir hissəsi Qarabağı tərk edir.

Tu4rkustan.az-ın məlumatına görə, bu barədə hərbi ekspert Ədalət Verdiyev “Facebook” sosial şəbəkəsində paylaşım edib.

Qeyd edilən videogörüntülərdə üzərində Rusiya bayrağı olan zirehli texnikanın Tərtər rayonu ərazisində hərəkəti qeydə alınıb.

Hərbi kolonun hərəkətini müşahidə edən yerli sakinlər də videogörüntü də onların sülhməramlılar olduğunu deyir.

Ədalət Verdiyev videogörüntünü “Gedirlər” başlığı ilə paylaşıb. Buradan sülhməramlıların Rusiyaya qayıtdığı aydın olur.

Xatırladaq ki, ötən ilin oktyabr ayında sülhməramlı kontingentin zirehli texnikasının və şəxsi heyətinin xeyli hissəsi Tərtər-Bərdə marşrutu ilə hərəkət edərək oradan dəmir yolu ilə Rusiyaya aparılmışdı.

Böyük ehtimalla son görüntülərdə yer alan hərbi texnika və onun içərisindəki şəxsi heyət də eyni yolla Azərbaycanı tərk edəcək.

Bu isə sülhməramlıların 2025-ci ilin may ayından da tez Azərbaycan ərazisindən çıxacağını deməyə əsas verir.


MANŞET XƏBƏRLƏRİ