2020-ci il savaşı bitən gün bu ərazilər haqda qərar dəyişdirildi – Qriqoryan


“Tavuş ətrafında kəndlərin təhvil verilməsi ilə bağlı qərar başqa müstəvidə qəbul edilib, 9 noyabr (10 noyabr – red.) bəyanatının ilkin variantında da bu barədə qeyd olunur”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Anna Qriqoryan deyib.

Erməni deputat Qazaxın 4 kəndinin təhvil verilməsinin hələ 2020-ci il müharibəsi başa çatdığı zaman qərarlaşdırıldığını bildirib:

“Əslində, 9 noyabr bəyanatının ilkin variantında həmin kəndlərin Azərbaycana təhvil verilməsinə dair maddə var idi. Lakin sənədin son versiyasında o maddə çıxarıldı. Bir müddət keçdikdən sonra Voskeparda rus bazası tikildi. Bu baza haradan peyda oldu, necə gəldi, bilinmir.

Deyə bilərik ki, hətta kəndlərlə bağlı məsələnin bəyanat mətnindən çıxarılmasından sonra belə onların təhvil verilməsi üçün razılaşma olub. Buna görə Voskeparda rus bazası tikilib. Çünki Rusiyanın ərazidə mövcudluğunun bu prosesdə sabitləşdirici rol oynaması planlaşdırılmışdı. İndi delimitasiya və demarkasiya hazırda mövcud olmayan, yeni xəritələr üzrə həyata keçiriləcək. Bu isə Ermənistanın birtərəfli güzəşti, faktiki olaraq kapitulyasiyasıdır. Çünki biz kəndləri təhvil verdikdən sonra əvəzində heç nə almayacağıq”. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ