Ermənilərin illərlə "Türk Harun" adı ilə axtardıqları XTQ zabiti


Zabit yoldaşları onun haqqında "Goranboyun vuran ürəyi, vuran əli" deyir...

Əsgərlər ilə hər zaman komandir kimi yox, böyük qardaş kimi davranır...

Növbədə olan əsgərin rahat istirahət etməsi üçün Goranboy rayonu ərazisində 200 metr yüksəklikdə olan postlardan birinin yanında özü şəxsən yataqxana düzəldir...

Rus və erməni dillərini mükəmməl bilir...

Şuşada düşmənlə yanaşı gəzən, 10 gün İrəvanda kəşfiyyat fəaliyyəti ilə məşğul olan, ermənilərin illərlə "türk Harun" adı ilə axtardığı XTQ zabiti, baş leytnant, peşəkar kəşfiyyatçı Harun Məhəmməd oğlu Alqayev.

Harun Şuşada ermənilərin işlətdiyi kafedə yemək yedikdən sonra boşqabın altına Azərbaycan manatı qoyaraq oranı tərk edib. Daha sonra erməni işçi masanı yığışdırdıqdan sonra manatı görərək burada Azərbaycan kəşfiyyatçısının olduğunu anlayıb. Ermənilər Harunun adına görə onun türk olduğunu düşünüblər. Onlar illərlə Harunu axtarsalar da tapa bilməyiblər.

Harun Alqayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Harun Alqayev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı qəhrəmancasína doyúşərək şəhid olub.

Qəhrəmanımız "Azərbaycan bayrağı ordeni", "İgidliyə görə", "Vətən uğrunda" medalları, "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhun şad, məkanın cənnət olsun igidim! Əziz ruhun qarşısında baş əyirəm! Səni unutmarıq, unutdurmarıq!

Sevinc Bəhmənli


MANŞET XƏBƏRLƏRİ