Bəzi ərazilərdə 27 dərəcə isti olacaq - HAVA PROQNOZU


Azərbaycan ərazisində aprelin 16-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək -764 mm civə sütunu – olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.


MANŞET XƏBƏRLƏRİ