RİA Beqleryanla müsahibəni sildi - Bu məqaləyə görə "RİA Novosti" Azərbaycanda bloklanıb


Rusiyanın rəsmi dövlət agentliyi "RİA Novosti" Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının məsuliyyət zonasında hələ də fəaliyyət göstərməyə çalışan erməni separatçı-terrorçularından biri - qondarma "dövlət naziri" Artak Beqleryanın müsahibəsini silib.

Turkustan.az xəbər verir ki, Beqleryanla müsahibəni hazırda saytda açılmır.

Qeyd edək ki, məhz bu məqaləyə görə "RİA Novosti" agentliyinə giriş Azərbaycanda bloklanıb. (axar.az)


MANŞET XƏBƏRLƏRİ