Şuşa Musiqili Dövlət Teatrında Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib


1 may tarixində Şuşa Musiqili Dövlət Teatrında Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə təşkil olunub.

“Söz körpüsü” layihəsi çərçivəsində bir araya gələn Aysel Nəsirzadə, Həmidə Yaqubova və Aysel Xanlarqızı Səfərli bu dəfə ustad şairin ədəbi irsinə həsr olunmuş qiraət, musiqi və kompozisiyalardan ibarət xüsusi proqram hazırlayıblar. Tədbirin reallaşmasında Gulnar Hüseynovanın əməyi xüsusi vurğulanıb.

Yubiley münasibətilə ölkə üzrə silsilə tədbirlər keçirildiyi üçün təşkilatçılar kiçik tamaşaçı zalı olan Şuşa teatrını seçiblər. Teatrın rəhbəri Azad bəy və yaradıcı kollektivi qonaqları səmimi qarşılayıblar.

Gecədə Sabir Rüstəmxanlının şeirlərindən qiraətlər səsləndirilib, onun sözlərinə bəstələnmiş musiqilər ifa olunub. Tədbirdə əməyi keçən aktyorlar, qiraətçilər və sənətçilərə təşəkkür bildirilib. Onların arasında Kamran M. Yunis, Nazir Rüstəmov, Eldost Bayram, Zemfira Abdulsamadova, Şuşa teatrının aktyorları, gənc şair və qiraətçilər Aypara Ayxan, Banu Məhərrəm, Müşfiqə Baladdinqızı Baxşiyeva, Ayna Məmmədova, Ümüd Abbas Nihani, İsmayıl Etibarlı, Afaq Murad Ağayeva və aparıcı Aysel Fikrət yer alıblar.

Tədbir çərçivəsində təşkil olunan “Türkün sarsılmaz ruhu” şeir müsabiqəsinin qalibləri də elan olunub:
I yer – Elşən Şirbağırov
II yer – İbrahim Şaşma
III yer – Aysu Həşimzadə və Amil Əmil Əzmli

“Söz körpüsü” layihəsinin səs rejissoru Həmidə Yaqubova tədbir boyu texniki işləri yüksək səviyyədə idarə edib. Şairin şeirinə mahnı bəstələyən bəstəkar İlhamə Adilqızı və “Azərbaycan Ritmləri” qrupunun rəhbəri Kəmalə xanım da dəstəkləri ilə layihəyə töhfə veriblər.

Tədbirə maddi və mənəvi dəstək göstərən Madat Rüstəmxanlı və Arif İsmayılbəyliyə, VHP ailəsinə, eləcə də hazırlıq mərhələsində məsləhətləri ilə dəstək olan Tənzilə Rüstəmxanlı və onun kollektivinə minnətdarlıq ifadə olunub.

Yarışmanın münsiflər heyətində yer alan Rəsmiyyə Sabir, Qulu Ağsəs və Bahəddin Həzi, Yunis Əmrə İnstitutunun direktoru Gökhan bəy və “Mücrü” nəşriyyatının rəhbəri Müşfiq Xan da təşkilatçılara dəstək göstəriblər.

Tədbirin sonunda “Söz körpüsü” ailəsi - Aysel Xanlarqızı Səfərli, Aysel Nəsirzadə və Həmidə Yaqubova - Xalq şairi Sabir Rüstəmxanlıya uzun ömür arzulayaraq onun sənət yolunun davamçısı olduqlarını bildiriblər. Təşkilatçılar tədbirə qatılan bütün qonaqlara və dəstək olan dostlara təşəkkür edərək, insanlıq və yaxşılığın hər zaman qalib gələcəyinə inamlarını ifadə ediblər.

Minnətdarlıqla: “Söz körpüsü” ailəsi

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ