Rusiya–Ukrayna müharibəsində əslən Azərbaycandan olan hərbçi həyatını itirib.
Turkustan.az xəbər verir ki, 1996-cı ildə Bakıda anadan olmuş Sərxan Arzu oğlu Məmmədov Ukraynada gedən döyüş əməliyyatları zamanı həlak olub. O, Rusiya Silahlı Qüvvələrinin 1441-ci motoatıcı alayında baş leytenant rütbəsində xidmət edib.
Məlumata görə, Sərxan Məmmədov Ukraynanın Zaporojye vilayətinin Malaya Tokmaçka kəndi uğrunda gedən döyüşlər zamanı həyatını itirib. /musavat.com/