Çingiz Abdullayev həmin statusda Ramiz Mehdiyevi nəzərdə tutub?


“Yazdım ki, mənimsənilmiş pulların bir faizini Azərbaycan mədəniyyətinə ayırsınlar. Şərhlərdə insanlar bildirdi ki, nəyinki bir, hətta yarım faiz də kifayət edir”.

Turkustan.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev Azərbaycan ədəbiyyatı və dilinin təbliği ilə bağlı sosial media hesabında etdiyi paylaşıma aydınlıq gətirərkən deyib.

Yazıçı bu statusu konkret olaraq kiməsə ünvanlamadığını bildirib:

“Mən ümumən oğurlanan pulları nəzərdə tutmuşam. Dil ədəbiyyatla inkişaf edir. İki ildir ki, biz bu məsələni qaldırırıq, ancaq hər kəs biganə yanaşır. Təəssüflər olsun ki, bəzi adamlar bunu başa düşmürlər. Ona görə belə bir status yazdım, çünki bu hadisə mənə çox pis təsir etdi. Hər şeydən öncə azərbaycanlıyam. Məndən çox heç kim Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi üçün yazmayıb. Ancaq görünür bu da azdır”.

Qeyd edək ki, Çingiz Abdullayevin facebook hesabında “Azərbaycan ədəbiyyatı və dilini təbliğ etmək üçün artıq iki ildir ki, sanki alçalaraq pul istəyirik. Bəlkə mənimsənilmiş pulların bir faizini mədəniyyətin təbliğatı üçün xərcləməyə qərar vermək lazımdır?” paylaşımı geniş müzakirələrə yol açıb.

Yazıçının “mənimsənilmiş pullar” ifadəsi ilə konkret olaraq Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin evində aşkar edildiyi bildirilən külli miqdarda vəsaiti nəzərdə tutduğu iddia edilib.

Yazıçı isə bunları təkzib edərək deyib:

“Bu, yalandır. Mən heç vaxt dəstə halında hücum etmirəm. Mən mədəniyyət üçün faiz haqqında yazdım. Oğurlanan bütün pullardan. Mən heç vaxt işindən qovulanlara hücum etmirəm”. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ