Bakı şəhəri T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Zəfərimizin 5 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlərin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hissini möhkəmləndirmək, müstəqil Azərbaycanın qazandığı möhtəşəm Zəfərin tarixi və mənəvi əhəmiyyətini yeni nəslə aşılamaq olub.
Məktəbin bütün ibtidai sinif müəllimləri bu istiqamətdə böyük fəallıq göstərərək siniflərində müxtəlif mövzularda dərslər, ziyarətlər və maarifləndirici görüşlər təşkil ediblər. Onların gördüyü işlər nəticəsində şagirdlər Vətənə sevgi, dövlətə sədaqət və milli dəyərlərə bağlılıq hisslərini daha dərindən mənimsəyiblər.
İbtidai sinif müəllimlərinin fədakar fəaliyyəti sayəsində gənc nəslin vətənpərvərlik ruhunda formalaşması, xalqımızın qəhrəmanlıq tarixinin və Zəfərimizin əhəmiyyətinin uşaqlara aşılanması diqqət mərkəzində olub.
Sonda tədbirlər məktəb kollektivi və şagirdlərin birgə səsləndirdiyi “Qarabağ Azərbaycandır!” şüarı ilə yekunlaşıb, Vətənimizin bütövlüyü və xalqımızın birliyi bir daha vurğulanıb.