Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr başda olmaqla, bütün Türk dünyasında ortaq fikir, ortaq ideya, ortaq gələcək və ortaq fəaliyyət şüurunun müzakirə ediləcəyi panel proqramı keçirilir.
Turkustan.az Ulusal.Az-a istinadən xəbər verir ki, 3 May – Türkçülük Günü münasibətilə Bakıda, Heydər Əliyev Mədəniyyət Mərkəzində keçirilən panel iclasda Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələri olan Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən rəsmi nümayəndələr qatılıb.