Rusiya Federasiyasının vətəndaşları bəzi göbələklərin toplanmasına görə cinayət işi ilə üzləşə bilərlər.
Turkustan.az xəbər verir ki, bu barədə vəkil Alla Qeorgiyeva "Prime" agentliyinə danışıb.
Onun sözlərinə görə, matsutake belə göbələklərdən biridir. Onların toplanmasına görə Cinayət Məcəlləsinin 260.1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.
“Cəzaya 480 saata qədər məcburi əmək, 2 ilədək islah işləri, 1 milyon rubla qədər cərimə şəklində əlavə cəza ilə 4 ilədək məcburi əmək və ya 1 milyon rubla qədər cərimə ilə 4 ilədək müddətə azadlıqdan məhrumetmə ola bilər”, - deyə vəkil izah edib.
"Qırmızı Kitab"a daxil edilmiş və ya Rusiyanın beynəlxalq müqavilələri ilə qorunan göbələklərin toplanmasına görə İnzibati Xətalar Məcəlləsinin 8.35-ci maddəsinə əsasən inzibati məsuliyyət nəzərdə tutulur. Bu pozuntuya görə cərimə 2,5 ilə 5 min rubl arasında dəyişir və toplanmış göbələklərin, onların yığıldığı alətlərin müsadirəsi də mümkündür. Cərimənin qarşısını almaq üçün meşəyə getməzdən əvvəl nadir göbələklərin siyahısı ilə tanış olmaq tövsiyə olunur. /publika.az/