Vladimir Zelenski bəyan edib ki, əgər Rusiya ən azı 30 gün ərzində tam sükut rejiminin yaradılması istiqamətində müsbət addımlar atsa, Ukrayna mümkün qədər tez atəşkəsə keçməyə hazırdır.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti axşam videomüraciətində bildirib .
"Biz mühüm xarici siyasət tədbirlərinə - görüşlərə, danışıqlara hazırlaşırıq. "Əsas odur ki, tərəfdaşların Rusiyaya tam atəşkəsə - uzun müddət susmağa, müharibədən çıxmaq üçün həll yollarını axtarmağa imkan verəcək razılığa təsir etmək bacarığıdır", - o qeyd edib.
Lakin dövlət başçısının sözlərinə görə, indi heç kim Rusiyadan belə bir hazırlıq görmür - əksinə, onun bütün daxili ritorikası daha çox səfərbərlik xarakteri daşıyır və rus təbliğatçıları təkcə Ukraynanı deyil, digər qonşuları, xüsusən də Baltikyanı ölkələri hədələməkdə davam edir.
“Əslində, biz bunu çoxdan deyirik: Moskvaya təzyiq olmadan Rusiya mübarizəni davam etdirəcək”-deyə, Zelenski qeyd edib.
Aytən Yaşar/ Turkustan.az