Zelenski həmin gün babasını yad edəcək, lakin… – Zaxarova


“Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 May Qələbə Günü ilə bağlı sözləri və atəşkəs təklifini rədd etməsi birbaşa qlobal terrorçu təhdididir”.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

“Biz çoxdan bilirik ki, Zelenski üçün müqəddəs heç nə yoxdur. Mayın 9-da Zelenski babasının, bir cəbhəçinin xatirəsini ehtiramla yad edəcək, amma qorxaq satqın və əməkdaş kimi faşistləri salamlayacaq. Onun Qələbə paradında dünya liderlərinin təhlükəsizliyi ilə bağlı açıqlamaları birbaşa təhdiddir və Ukrayna lideri bu yolla öz əcdadlarının xatirəsinə xəyanət edir. Çünki bayram zamanı Qızıl Meydanda çox sayda veteran toplaşacaq”.

Qeyd edək ki, Ukrayna prezidenti Rusiyanın 3 günlük atəşkəs təklifini rədd edib və mayın 9-da keçiriləcək hərbi paradda təhlükəsizliyə zəmanət verilməyəcəyini söyləyib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ