Kamran Əliyev yenidən Baş prokuror təyin edilib.
Turkustan.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələdə öz əksini tapıb.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, “Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir. Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.
xxx
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələyə baxılıb.
Turkustan.az-ın məlumatına görə, Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.
Məsələ müzakirələrdən sonra parlamentin plenar iclaslına tövsiyə edilib.
Qeyd edək ki, "Prokurorluq haqqında qanun"un 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası baş prokurorunun, Azərbaycan Respublikası hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir. Kamran Əliyev 1 may 2020-ci ildə Baş prokuror təyin edilib.
Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Milli Məclis Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir./modern.az