Donald Tramp, yoxsa Co Bayden? Debata sayılı günlər qaldı


ABŞ-də prezidentliyə namizədlər Co Bayden və Donald Tramp arasında keçiriləcək debatının vaxtı müəyyənləşib.

Turkustan.az xarici KİV-lərə istinadən xəbər verir ki, iki namizədin iyunun 27-dən sonra sentyabrın 10-da üz-üzə gəlməsi planlaşdırılır.

Hər iki namizədin debat qaydaları barədə razılığa gəldiyi bildirilir. İyunun 27-də CNN International-da baş tutacaq debatın qaydalarına görə, 90 dəqiqəlik debat zamanı iki reklam fasiləsi olacaq. Çıxış edən namizəd istisna olmaqla efirdə digər mikrafonlar söndürüləcək. Səhnədə dekorasiya və yazıya icazə verilməyəcək.

Xatırladaq ki, Donald Tramp bu ilin aprel ayında Co Baydeni debata çağırıb. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ