Aİ Macarıstana 200 milyon avro cəza verdi


Avropa İttifaqı məhkəməsi Macarıstanı sığınacaq sistemi ilə bağlı 200 milyon avro cərimələyib.

Turkustan.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsi Macarıstanın AB qanunlarını pozan sığınacaq sistemini tətbiq etməyə davam etdiyinə görə 200 milyon avro cərimə ödəməsinə qərar verib.

Avropa Ədalət Məhkəməsinin dərc etdiyi qərar mətnində, Macarıstanın da Məhkəmənin AB qanunlarına uyğun olaraq öhdəliklərini yerinə yetirmədiyi hər gün üçün 1 milyon avro cərimə ödəməli olduğu bildirilib. Qərarda Macarıstanın AB-nin sığınacaq siyasətinə “qəsdən” məhəl qoymadığı vurğulanıb və bu vəziyyətin Aİ qanunvericiliyində “görünməmiş və son dərəcə ciddi pozuntu təşkil etdiyi” qeyd edilib.

Qərarda, 2020-ci il qərarının öhdəliklərinə əməl etməyərək AB qanunlarını pozan sığınacaq siyasətini davam etdirdiyi üçün Macarıstana 200 milyon avro cərimə ödəməsi tələb edildiyi bildirilib. Qərarda Macarıstanın “səmimi əməkdaşlıq prinsipinə” məhəl qoymadığı, həmçinin Aİ-də qeyri-qanuni olan üçüncü ölkə vətəndaşlarının beynəlxalq müdafiəsi və deportasiyası üçün hüquqi prosesin həyata keçirilməsindən “qəsdən yayındığı” qeyd edilib.

Qərarda bu vəziyyətin AB qanunlarının bütövlüyünə təhlükə yaratdığına diqqət çəkilib və Macarıstanın Birlik qanunlarının üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinin "üzv dövlətlər arasında həmrəylik və məsuliyyətin ədalətli bölüşdürülməsi prinsipinə ciddi ziyan vurduğu" qeyd edilib.

Macarıstanın baş naziri Viktor Orban X hesabında etdiyi paylaşımda ölkəsinə AB sərhədlərini qoruduğu üçün verilən cəzaya reaksiya verib və bunun "çirkin və qəbuledilməz" olduğunu müdafiə edib. "Görünür, qeyri-qanuni immiqrantlar Brüssel bürokratları üçün öz Avropa vətəndaşlarından daha vacibdir" dedi Orban.

AB-nin 2015-2016-cı illərdə üzləşdiyi sıx nizamsız miqrasiyadan sonra Macarıstan, Vişeqrad Qrupundaki tərəfdaşları Çexiya, Polşa və Slovakiyanın dəstəyi ilə qaçqınlara qarşı görülən tədbirlər çərçivəsində sərhədlərini əsgər və polislə möhkəmləndirdi. . Qaçqınların qarşısını almaq üçün Serbiya və Xorvatiya sərhədlərində tikanlı məftillər çəkilib, sərhədyanı ərazilərdə fövqəladə vəziyyət elan edilib və qanunsuz keçidlərə görə cəzalar artırılıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ