İsrail ABŞ-da yerləşən xəbər agentliyini blokladı


İsrail Associated Press-dən (AP) müsadirə etdiyi avadanlıqları geri qaytaracaq və canlı yayımın davam etdirilməsinə icazə verəcək.

Turkustan.az xəbər verir ki, İsrail ABŞ-ın Associated Press ( AP ) xəbər agentliyi ilə bağlı geri addım atıb . İsrail Associated Press-dən (AP) müsadirə etdiyi avadanlıqları geri qaytaracaq və canlı yayımın davam etdirilməsinə icazə verəcək. İsrailin rabitə naziri Şlomo Karhi, İsrail Müdafiə Nazirliyinin Sderotdakı yerlərdən hərbi qüvvələrinə yayım riskini araşdırmaq istədiyi üçün AP-nin avadanlıqlarının ələ keçirildiyini və canlı yayımın kəsildiyini, əməliyyatın ləğv edilməsi və avadanlıq AP-yə qaytarılmalıdır.

İsrailin Rabitə Nazirliyinə bağlı məsul şəxslər AP-nin ölkənin cənubundakı Sderot qəsəbəsindəki qərargahına gedib, AP-nin avadanlıqlarını ələ keçirib və AP-ni Əl-Cəzirəyə görüntülər təqdim etməklə yeni media qanununu pozmaqda ittiham ediblər. İsrailin Rabitə Nazirliyindən verilən açıqlamada, “Hökumətin qərarı və rabitə nazirinin göstərişlərinə uyğun olaraq, Rabitə Nazirliyi ölkənin təhlükəsizliyinə zərər verən yayımları məhdudlaşdırmaq üçün bütün lazımi sanksiyaları həyata keçirməyə davam edəcək.

İsrailə Qətər mərkəzli Əl-Cəzirə kanalları da daxil olmaqla kanalların yayımını “milli təhlükəsizliyi təhdid etdiyi” səbəbilə qadağan etmək səlahiyyəti verən qanunun təsdiqindən sonra İsrail Nazirlər Kabineti mayın 5-də Əl-Cəzirənin İsraildəki fəaliyyətini dayandırmaq qərarına gəlib. Qərara əsasən, Əl-Cəzirə 45 gün bağlı qalacaq, lakin bu müddət yenidən uzadıla bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ