Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətində gedən döyüşlərdən danışıb.
Turkustan.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
O, hazırda müdafiə əməliyyatlarının aparıldığı yaşayış məntəqələrinin adını çəkib.
“Bu gün diqqət ilk növbədə Rusiyanın hücum etdiyi ərazilərimizin müdafiəsinə yönəlib. Ukrayna hərbçilərinin müdafiə əməliyyatları Xarkov vilayətində, yəni Streleçya, Krasnoye, Moroxovets, Oleynikovo, Lukyantssı, Qatişe, Pletenevka kəndləri ərazisində davam edir. Bunlar sərhəd kəndləridir. Qoşunlarımız artıq ikinci gündür ki, Ukrayna ərazilərinin müdafiəsini təşkil etməklə yanaşı əks-hücum əməliyyatları da keçirirlər”.
Zelenski Donetsk vilayətində vəziyyətin xüsusilə gərgin olaraq qaldığını deyib.
“Orada hər gün 30-dan çox hərbi toqquşma olur. Çox çətindir. Təbii ki, müdafiə fəaliyyətimizin Kupyanskoye, Limanskoye, Seversk, Kramatorskoye, Vremovskoye və digər ərazilərdə davam edir”, – Ukrayna lideri vurğulayıb. /globalinfo.az/