Üçüncü Dünya müharibəsi astanasındayıq – Politoloq


ABŞ-ın Ukrayna, İsrail və Tayvan üçün nəzərdə tutulmuş 95 milyard dollarlıq yardım paketi Senat tərəfindən təsdiq olunub. 4 qanunu özündə birləşdirən layihə ötən həftənin sonu Nümayəndələr Palatasında hər iki partiyanın dəstəyi ilə səsvermədən keçib. Görünür, müharibə daha da uzanacaq.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, qlobal güclər aktiv mübarizə fazasına daxil olurlar:

“İki ildir davam edən müharibədə ABŞ Ukraynaya yardım etməklə həm müharibənin vaxtını uzadır, həm Rusiyaya qarşı qətiyyətli olduğunu bildirir, həm Avropa İttifaqı ilə həmrəyliyini gücləndirir, həm də Ukrayna xalqına müəyyən mesajlar verir. Rəsmi Kiyev müharibədə nəyə isə nail olmaq istəyirsə, ayrılan vəsaitləri düzgün istifadə etməlidir”.

İlyas Hüseynov

Politoloqun fikrincə, Rusiya da daha geniş formada hərbi əməliyyatları aparmağa hazırlaşır:

“Rusiya şərqdə də müharibənin genişlənməsi ilə Ukrayna cəbhəsində müharibəni tez, operativ öz xeyirinə həll etmək istiqamətində fikirlərini genişləndirir. Bir çox analitiklərin dediyi kimi, Üçüncü Dünya müharibəsi astanasındayıq. ABŞ öz strateji maraqları olan ərazilərdə müttəfiqlərini dəstəkləyir: İsrail, Tayvan və Ukrayna buna nümunədir”.


MANŞET XƏBƏRLƏRİ